24 Mart 2022 10:55
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasındakı müharibə bütün dünyada böyük əks-səda doğurub. Nəhayət, Putinin dünyanı nüvə silahları ilə hədələməsi isə gündəmə başqa istiqamətdə dəyişib.

Teleqraf.com xəbər verir ki, 2019-cu ildən bəri 15 min nüvə bombası üzərində araşdırma aparan mütəxəssislər hesabatlarını təqdim ediblər.

Hesabata görə, dünya üzrə 4500 şəhəri məhv etmək üçün 13 min nüvə başlığı lazımdır. Dünyada mövcud olduğu təxmin edilən 15 000 və daha çox nüvə bombasının partlaması Krakatoa vulkanının partlamasından 15 dəfə çox, misli görülməmiş dağıntıya səbəb ola bilər.

Dünyadakı bütün nüvə bombalarının partlaması böyük bir “alov topu” şəhərləri külə çevirə bilər. Bildirilib ki, belə bir partlayışın dalğası qabağına çıxan hər şeyi, o cümlədən ağacları, heyvanları və insanları məhv edəcək.

Hesabata regional təhlillər də daxil edilib. Həmin təhlillərə görə, Amazon tropik meşələrində nüvə bombası partlayacağı təqdirdə Cənubi Amerika qitəsi alov içində qalacaq. Qeyd edilib ki, nüvə partlayışı ətrafdakı hər şeyi məhv edəcək və yaşayış üçün yararsız hala salacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər