28 Fevral 2022 18:34
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Taekvondo Federasiyasının (WTF) Rusiya Prezidenti Vladimir Putindən fəxri 9-cu dan qara kəməri geri almaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu addım Ukraynaya hərbi müdaxilə ilə əlaqədar atılıb. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarına və himnlərinin səslənməsinə icazə verilməyəcək.

Bundan başqa, hər iki ölkədə beynəxalq dərəcəli yarışlar keçirilməyəcək.

Qeyd edək ki, Vladimir Putinə fəxri 9-cu dan qara kəmər 2013-cü ilin noyabrında verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər