28 Fevral 2022 19:12
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tərəflər regional məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər. Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi vurğulanıb.

Moskva ilə Kiyev arasında atəşkəsin əldə olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə olunub.


Müəllif: Teleqraf.com