Ukraynanın suverenliyi, müstəqilliyi və BMT qətnamələrinə də uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş Baş Assambleyanın 11-ci Fövqəladə Xüsusi Sessiyasında çıxışında deyib.
O, Rusiyanın nüvə qüvvələrini həyəcan vəziyyətinə gətirməsini, nüvə müharibəsi fikrinin ağlasığmaz olduğunu vurğulayıb.
“Biz Ukraynada faciə ilə üzləşirik. Bu, böyük regional böhrandır və potensial olaraq bizim hamımız üçün fəlakətli nəticələri ola bilər. Rusiyanın nüvə qüvvələri yüksək həyəcan vəziyyətinə gətirildi. Bu, dəhşətli inkişafdır. Nüvə müharibəsi fikri sadəcə olaraq ağlasığmazdır. Nüvə silahının istifadəsinin heç bir bəraəti ola bilməz”, - Quterreş qeyd edib.
Baş katib bildirib ki, şənbə günü Ukrayna Prezidenti Vladimir Zelenki ilə danışığı baş tutub və o, Zelenskini BMT-nin Ukrayna xalqını tək qoymayacağına əmin edib.