Avroap İttifaqı(Aİ) Rusiyanın Putinə yaxınlığı ilə tanınan oliqarxların aktivlərini dondurub və onlara səyahət qadağası qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
Sanksiyalara məruz qalan şəxslər arasında Alfa Qrupunun təsisçisi Mixail Fridman və həmkarı Pyotr Aven, “Rosneft”in baş içraçı direktoru İqor Seçin və “Transneft”in baş içraçı direktoru Nikolay Tokarev, və maliyyəçi Əlişir Usmanovın adı var.
Putinin çoxdankı dostu, Volqa Qrupunun təsisçisi və səhmdarı Gennadi Timçenko da Aİ-nin sanskiya siyahısına düşən şəxslər arasındadır. O, həmçinin Aİ və Böyük Britaniyanın sanksiyaları məruz qalan “Bank Rossiya”nın da səhmdarıdır.