1 Mart 2022 09:59
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Ukraynanın üzvlük ərizəsinə baxılması proseduruna rəsmən başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov məlumat verib.

Çentsov Prezident Vladimir Zelenskinin Ukraynanın Avropa İttifaqına daxil olmaqla bağlı müraciətini Aİ Şurasına sədrlik edən Fransanın daimi nümayəndəsi Filip Leqlis-Kostaya təqdim edib.

“Müraciət qeydə alınıb. Baxış proseduruna başlanılıb”, - diplomat bildirib.

Bundan əvvəl Zelenski bildirib ki, rəsmi Kiyev xüsusi xüsusi prosedur çərçivəsində Ukraynanın dərhal üzv olması üçün Aİ-yə müraciət edib. Zelenski daha sonra müvafiq sənədi imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər