1 Mart 2022 09:50
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar".

Teleqraf.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin yazdığına görə, “S-300" zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib və "Buk M-1" zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.

Qeyd edək ki, Ukraynanın "Su-25" hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Nazirlikdən həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin "Su-24m" təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanın sütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər