Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi iddia edir ki, Rusiya Pezidenti Vladimir Putin Uraldakı bunkerdədir.
Teleqraf.com xəbər verir ki, bunu “Rada” telekanalının efirində Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
O əlavə edib ki, bu iddianı bir çox rusiyalı analitiklər və jurnalistlər də təsdiqləyir.
“Ardıcıl 5-ci gündür ki, Putin Uraldakı bunkerindədir. Onun bunkerdə olması faktı 100% təşkil edir. Müəyyən məlumatlara görə, o, hazırda Uraldadır. Bunu çoxları, rusiyalı həmkarlarımız - analitiklər, jurnalistlər və başqaları təsdiqləyir”, - müşavir qeyd edib.
Onun iddiasıana görə, Putin ətrafının və elitasının reaksiyasından narahat olduğundan belə yolu seçib: “Son 2 ildə o, ölümcül koronavirus virusuna yoluxmaqdan qorxduğu üçün bunkerdə olub. İndi onun yeni paranoyası var”.