1 Mart 2022 15:00
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi Prezident Vladimir Putinin təsəvvür etdiyindən daha təhlükəli avantüraya çevrilir.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin müavini Dominik Raab deyib.

O həmçinin qeyd edib ki, Britaniya artıq Rusiya Federasiyasına qarşı sanksiyalar paketini təqdim edib və bu, Putinin davranışına təsir göstərməlidir.

Bundan əlavə, Raabın sözlərinə görə, dövlət Rusiya Federasiyasının Ukraynaya müdaxiləsinin uğursuzluğa düçar olması üçün əlindən gələni edəcək.

Eyni zamanda o, Rusiya Federasiyasına qarşı bütün sanksiyalardan sonra Putinin özünü daha da aqressiv apara biləcəyindən ehtiyat etdiyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər