1 Mart 2022 15:08
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Qırğızıstan və Gürcüstandakı səfirlərini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İndi diplomatlarımız öz sözünə və beynəlxalq hüquqa xəyanət etmiş dövlətlərlə bağlı ədalətli və mütləq zəruri qərarlar qəbul edirlər. Biz Ukraynaya qarşı təcavüzə haqq qazandıran Qırğızıstan və könüllülərin qarşısını kəsərək bizə kömək etmək istəməyən və sanksiyalara qarşı münasibətinə görə Gürcüstandakı səfirlərimizi məsləhətləşmək üçün geri çağırırıq”, - Zelenski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər