“Ukraynada baş verənlərin əsas səbəbkarı ABŞ-dır”.
Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyi deyib.
“İran Ukraynada müharibənin dayandırılmasının tərəfdarıdır. İstəyirik ki, orada müharibə bitsin, amma hər hansı böhranın həlli yalnız kök səbəbi müəyyən olunarsa mümkündür. Ukraynadakı böhranın kökündə ABŞ-ın böhran yaradan siyasəti dayanır və Ukrayna bu siyasətin qurbanıdır”, - Xameneyi bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynanın daxili işlərinə qarışaraq, “rəngli inqilab”lar yaradaraq bir hökuməti devirməklə, digərini isə hakimiyyətə gətirməklə Ukraynanı bu vəziyyətə sürükləyib.
Xameneyi Ukraynanı bundan əvvəlki təlatümlü olaylardan “dərs” almağa çağırıb.
İranın dini lideri çıxışında Ukraynaya təcavüz edən Rusiyanın adını çəkməyib.