Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir. Podolsk istiqamətində düşmən paytaxtın şimal və şimal-qərb istiqamətindən Qoreniçi, Qostomel, Demidov sərhədləri boyunca hücumu davam etdirməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, şimal istiqamətində işğalçı qüvvələrin on yeddi canlı qüvvə və texnika itkisinə baxmayaraq, şimal-şərqdən Kiyevin qarşısını almaq üçün hücum əməliyyatlarını davam etdirir: "İşğalçıların qarşısı Kozelets, Bobrovitsa və Makiiv ərazilərində alınır. Digər istiqamətdə, Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələri ərazilərində düşmən qoşunları hücum potensialını itirib".
Baş Qərargah bildirib ki, rus qoşunları Ukraynanın qəhrəman şəhərləri Sumı, Lebedin və Oxtırkanı mühasirədə saxlamaq üçün uğursuz cəhdlər edir: "Slobozhanski, Krasnoqrad istiqamətində və İzyumda hücum əməliyyatını davam etdirir. İşğalçı itki verib və Boxoduxiv, Çuqiv, Şevçenkove yaşayış məntəqələri yaxınlığında dayandırılıb.
Donetsk istiqamətində isə uğur qazana bilməyən təcavüzkar Mariupol şəhərini blokadaya almağa yönəlib.
Tavriya istiqamətində düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirir. Yenidən qruplaşdıqdan sonra Xerson və Nikolayev istiqamətində hərəkətini davam etdirir.
Qara Dəniz Əməliyyat Bölgəsində düşmən dəniz dəstəsini yerləşdirir və dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir".
Qoşunlarını irəlilədə bilməyən Rusiya Ukrayna Silahlı Qüvvələri ilə cəsarətlə yanaşı olan mülki əhalini qorxutmaq üçün məkrli şəkildə mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir. Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və qələbə əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var.
“Biz birlikdə düşməni qıracağıq, çünki həqiqət bizim tərəfimizdədir! Qələbə bizim olacaq! Ukraynaya şöhrət!”, -Baş Qərargah əlavə edir.