Ukraynada rusiyalı polkovnik öldürülüb.
Teleqraf.com xəbər verir ki, polkovnikin Donbasda öldürüldüyü bildirilir.
Ukrayna mediasının məlumatına görə, Rusiya ordusu tərkibində Ukraynaya qarşı döyüşməyə gələn rusiyalı polkovnik Viktor İsakinin ölümü dəqiqdir.
Qeyd edək ki, Rusiya federasiyasının tərkibindəki Mordoviya muxtar respublikasının rəhbəri Artem Zdunov polkovnikin öldürüldüyünü təsdiqləyib.
“Onun 40 yaşı var idi. Viktor İvanoviç İsaykin peşəkar hərbçidir, polkovnikdir”, - məlumatda deyilir.