2 Mart 2022 14:42
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Ukrayna paytaxtına yaxınlaşır, buna baxmayaraq, şəhər özünü müdafiə edə biləcək.

Teleqraf.com xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

“Düşmən paytaxta yaxınlaşır. Gecə saatlarında Bila Tserkvanı atəşə tutdular, Buça və Qostomeldə döyüşlər oldu. Hazırlaşırıq və şəhərimizi müdafiə edəcəyik. Kiyev ayaqdadır və ayaq üstə də dayanacaq. Biz döyüşəcəyik”, - şəhər meri vurğulayıb.

Kliçko qeyd edib ki, düşmən ukraynalıların müqavimətini qırmaq üçün dezinformasiya yayır. O, kiyevliləri səbrli olmağa, dezinformasiyaya inanmamağa, yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.

Kliçko xatırladıb ki, Rusiya ordusu martın 1-də paytaxta hücum edib, nəticədə teleqülləyə iki raket düşüb və 5 mülki şəxs həlak olub.

Kliçko paytaxt sakinlərini həddindən artıq zərurət olmadan küçəyə çıxmamağa çağırıb.

Kiyev meri qeyd edib ki, şəhərdə nəzarət-buraxılış məntəqələri və istehkamlar qurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər