“Nüvə silahlarının istifadə olunacağı Üçüncü Dünya müharibəsi dağıdıcı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov yeni dünya müharibəsinin nüvə silahlarının işə düşməsi ilə başlaya biləcəyini iddia edib:
“Nüvə silahlarının istifadə olunacağı Üçüncü Dünya müharibəsi dağıdıcı olacaq. ABŞ Prezidenti Bayden təcrübəli insandır və əvvəllər demişdi ki, müharibənin yeganə alternativi sanksiyalardır”.