2 Mart 2022 22:28
4 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsində olduğu vaxt Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən diqqətçəkən göstəriş gəlib.

Teleqraf.com xəbər verir ki, Tokayev ordunun inkişafı siyasətini müzakirə etmək üçün təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb.

Qazaxıstan prezidenti ordunun müasir silahlarla gücləndirilməsi barədə göstəriş verib.

Tokayev hərbi təhlükəsizliyə mövcud təhdidləri nəzərə alaraq Müdafiə Nazirliyinə silahlı qüvvələrin yenidən modernləşdirilməsini tapşırıb.

Xüsusilə bu prosesdə hərbi komandanlıq və idarəetmə sisteminin rəqəmsal yanaşmalarla təkmilləşdirilməsinin lazım olduğunu vurğulayan Tokayev ordunun yüksək texnologiyalı silahlarla təchiz edilməsini və döyüşə hazırlıq proqramının müasir üsullarla yenidən qurulmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər