Türkiyə artıq açıq havada və kifayət qədər havalandırılan qapalı ərazilərdə maska taxmaq qaydası aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O qeyd edib ki, dövlət və digər qurumların girişində 'HES Kodu' göstərmək tələbi də aradan qaldırıldı. Bundan əlavə xəstəlik əlaməti olmayan şəxslərdən test tələb olunmayacaq.