3 Mart 2022 08:59
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Xerson şəhərinə nəzarəti ələ keçiriblər.

Teleqraf.com xəbər verir ki, faktı şəhərin meri İqor Kolixayev təsdiqləyib.

Mer "Facebook" hesabındakı paylaşımında şəhərdə Ukrayna ordusunun qalmadığını bildirib.

Qeyd edək ki, Rusiya ötən gün Xerson şəhərinə nəzarəti götürdüyünü açıqlayıb.

Bu, müharibə başlayandan Rusiyanın ələ keçirdiyi ən böyük şəhərdir.

Qara dəniz sahilində yerləşən şəhərin 300 min sakinin olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər