3 Mart 2022 10:31
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiyanın ölkəsi ilə bağlı planlarının bir həftə ərzində pozulduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, Rusiyanın Ukraynaya hücumlarının rus ordusunun şəxsi heyətinə mənəvi zərbə vurduğunu deyib.

“Biz onların illərlə hazırladıqları planları pozduq. Çox sayda işğalçı bizə yox, öz evlərinə qaçır”, - Zelenski söyləyib.

Prezident ukraynalıların yalın əllərlə işğalçıları şəhərlərdən qovduqlarını bildirib:

“Ukraynalılara qəlbən heyranam. Biz onları (rusları) rüsvayçılıqla qovacağıq. Eynilə öz yeməklərini tapmağa çalışdıqları kimi. Onların dövlətin döyüşçüləri deyil, istifadə olunaraq itirilmiş uşaqlardır”.

Hər bir işğalçının ukraynalılardan sərt reaksiya alacağını vurğulayan Zelenski təslim olmayacaqlarını və rusların bunu əbədi olaraq xatırlayacaqlarını bildirib.

Onun sözlərinə görə, bir həftə ərzində 9 minə yaxın rus öldürülüb.

Ukraynalılar üçün bunun Vətən Müharibəsi olduğunu deyən Zelenski qeyd edib:

“Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar cavablarını ukraynalılardan alacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər