7 May 2014 12:02
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almaniya prezidenti Yoahim Qaukun Türkiyə səfəri zamanı səsləndirdiyi fikirlərə cavab verib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə Avropalı Türk Demokratlar Birliyinin (UETD) Avstriya şöbəsinin təşkil etdiyi beynəlxalq tələbə konfransında çıxış edib: “Əgər qayğı hiss etməyimizi istəyirsinizsə, Avropa küçələrində aktivləşən irqçilərdən, islamofoblardan, türklərin evlərini yandıran şəxslərdən bizi qoruyun. Hörmət görmək istəyən, bizə hörmət göstərməlidir. Kimsə bizimlə ikinci növ avropalı kimi rəftar edə bilməz”.

Hər bir ölkəyə xarici səfəri zamanı birinci növbədə Şəhidlər Xiyabanını ziyarət etdiyini deyən Davudoğlu deyib: “Şəhidlərə vəfa borcumuzu ödəmədən, biz yeni bir siyasi idealın nümayəndəsi ola bilmərik”.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da sərt addım atıb. Almaniya prezidentinin Ankaraya səfəri zamanı türk demokratiyasını sərt tənqid etməsi öz fəsadını göstərir. Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Aşağı Saksoniya Baş naziri Stefan Veilla görüşmək istəməyib. Veil Ərdoğana müraciət etsə də, Türkiyə baş naziri qonağa rədd cavabı verib.

Ülviyyə


Müəllif: