Çeçenistan Muxtar Respublikasının Prezidenti Ramzan Kadırov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğona və Birləmiş Ərəb Əmirliyinin (BƏƏ) şeyxi Məhəmməd Nəhyana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Ramzan Kadırov bu ölkələrin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsinin təqdirəlayiq hal olduğunu bildirib.
Çeçenistan rəhbəri Ramzan Kadırov BƏƏ və Türkiyə liderlərinə göstərdikləri dəstəyə və anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etdiklərinə görə təşəkkürünü özünün Teleqram kanalında edib.
“Əziz böyük qardaşım Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın təmsil etdiyi BƏƏ və Rəcəb Tayyib Ərdoğanın təmsil olunduğu Türkiyə Rusiya Federasiyasını dəstəkləyib və dost tərəfdaş dövlətə qarşı sanksiyalar tətbiq etməyəcəklərini rəsmi şəkildə bəyan ediblər. İki dövlət başçısına təşəkkür edirəm”,- Kadırov yazır.
O, əlavə edib ki, Rusiya Federasiyası müsəlmanları müsəlman ölkələrinin liderlərinin belə hərəkətini təqdir edirlər.
Bundan əlavə, Ramzan Kadırov Ukrayna rəhbərliyinə müraciət edərək, insanları xilas etməyə başlamağa çağırıb.