22 Noyabr 2014 14:16
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Antalyanın Korkuteli rayonuna gələn Almahavi ailəsinin 5 övladı dəm qazından zəhərlənib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, xəstəxanaya çatdırılna 5 qardaşın həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərin verdiyi məlumata görə, hava soyuq olduğundan uşaqlar öz otaqlarına keçərək, sobanın yanında oturub. Qəfil yuxuya gedən azyaşlılar sobanın söndüyünün fərqində olmayıb və hadisə də bu səbəbdən baş verib. Onlar uşaqların cəsədlərinin Martinin Kızıltepe rayonundan Suriyaya aparılacaqlarını qeyd edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər