Kiyevin danışıqları yubatması Rusiyanın yeni tələblər irəli sürməsinə gətirib çıxaracaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.
“Vurğulanıb ki, xüsusi hərbi əməliyyatın tapşırıqları istənilən halda yerinə yetiriləcək və danışıqları uzatmaqla vaxt udmaq cəhdləri bizim danışıqlar mövqeyimizdə Kiyevə əlavə tələblərin qoyulmasına gətirib çıxaracaq”, - Kremlin məlumatında bildirilib.