Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, tərəflər müharibə zonasında hümanitar dəhlizin yaradılması və danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.
19:00
Ukrayna-Rusiya danışıqları başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.