Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 188 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 398 min 242 nəfərin test edildiyi, 49 min 424 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 66 min 873 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.