Avropa İttifaqı (Aİ) Rusiyanın başlatdığı genişmiqyaslı müharibədən qaçan ukraynalıları müdafiə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson tviterdə məlumat yayıb.
"Hazırda Ədliyyə və Daxili İşlər Şurası tarixi qərar qəbul edib. Aİ Ukraynadan gələn qaçqınlara müvəqqəti sığınacaq verəcək. Qurum insanların həyatını xilas etmək üçün vahid cəbhə kimi dayanır", - o yazıb.