Pentaqon müxtəlif münaqişələrin və insidentlərin qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xətti yaratdığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ hərbi departamentinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Müdafiə Nazirliyi martın 1-də yanlış hesablamaların, hərbi insidentlərin və gərginliyin artmasının qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə münaqişələrin həlli üçün xətt yaradıb”, - Pentaqonun sözçüsü bildirib.