4 Mart 2022 10:13
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna səmasında uçuşa qadağa ilə bağlı qərarı NATO qəbul etməlidir, lakin bu, mümkün III Dünya müharibəsinin real eskalasiyası riskinə gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

“Aİ Rusiya ilə müharibə aparmır. Reallıq budur ki, Rusiya Ukraynaya qarşı amansız müharibəyə başlayıb. Ukrayna NATO-nun üzvü deyil və ona görə də son dərəcə diqqətli olmalıyıq. Biz mümkün olan hər şeyi etməliyik, lakin Rusiyanın nüvə silahına malik olduğunu nəzərə alsaq, III Dünya müharibəsindən qaçmaq çox vacibdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ deyil, NATO bu qərarı verməli olsa da, NATO üzvlərinin bunun çox genişmiqyaslı olacağını başa düşmələri vacibdir:

“Ona görə də biz diplomatik səviyyədə müxtəlif sahələrdə danışmağa çalışırıq. Biz ən qısa zamanda atəşkəsə nail olmaq və mümkün qədər tez danışıqlar apara biləcəyimizə əmin olmaq üçün Ukraynaya daha çox dəstək verməyə çalışırıq. NATO Avropada ümumi təhlükəsizliyin dayağı olsa da, müstəqil şəkildə daha artıq hərbi potensial təmin etmək üçün Avropa ölkələri daha çox məsuliyyət daşımalıdır".

Ukraynanın Avropa Birliyinə üzv olmaq istəyindən danışan Mişel, Zelenskinin tələbinin çox qanuni olduğunu deyib, əlavə edib ki, Aİ-nin bu məsələdə vahid qalması üçün mümkün qədər onun üzərində işləyəcək.

O Zelenskini Ukrayna ilə siyasi əməkdaşlıq və koordinasiya üçün müntəzəm əsaslarla iclaslara dəvət etmək qərarına gəldiyini açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər