4 Mart 2022 11:32
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan başçısı Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putindən döyüşçülərə Ukraynanın Xarkov, Kiyev və digər şəhərlərini ələ keçirməyi əmr etməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez ələ keçirsinlər. Yoldaş Prezident, yoldaş Ali Baş Komandan, mən sizin üçün canımı verməyə hazıram. Amma mən bizim döyüşçülərin necə həlak olduqlarını izləyə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və bir-iki günə orada baş verənləri bitirsinlər”, - Kadırov bildirib.

Çeçenistan rəhbəri Ukraynanı “Rusiya üçün təhlükə” adlandırıb:

“Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün aparılan danışıqlar yaxşıdır, amma indi qardaşlarımız, qohumlarımız və dostlarımız hərbi əməliyyatlar nəticəsində ölür, buna az adam lazımi diqqət yetirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər