ABŞ-ın respublikaçı senatoru Lindsey Grahamın (Cənubi Karolina) Rusiya prezidenti Vladimir Putinə sui-qəsd çağırışı cinayətdir.
Teleqraf.com xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antanov buna görə ABŞ-dan rəsmi izahat tələb edib.
“Belə məsuliyyətsiz və qeyri-peşəkar siyasətçilərin idarə etdiyi ABŞ-ın taleyi qorxulu olur. Biz rəsmi izahat istəyirik və bu amerikalının cinayətkar bəyanatlarının kəskin şəkildə pislənməsini tələb edirik”,- rus diplomatı qeyd edib.