4 Mart 2022 13:00
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaporojye AES-in yerləşdiyi ərazi Rusiya hərbi qüvvələri tərəfindən işğal olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Nüvə Agentliyi məlumat yayıb.

“AES-in aqreqatları toxunulmaz olaraq qalır, 1-ci blokun reaktor bölməsində zədələr var, amma bu, aqreqatın təhlükəsizliyinə təsir göstərmir. AES-lərin təhlükəsizliyi üçün vacib olan sistemlər və elementlər işlək vəziyyətdədir”, - məlumatda deyilib.

Rusiya ordusunun ağır texnikalarının gecə saatlarında atəşə açması nəticəsində Zaporojye AES-də yanğın baş verib. Zərbələr AES-in birinci enerji blokuna dəyib.

Bu, Ukrayna və Avropanın ən böyük AES-dir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər