4 Mart 2022 12:06
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səkkiz günün sonunda rus ordusu 10 000 hərbçisini itirib, minlərlə də yaralısı var. Ukrayna Silahlı Qüvvələri azı bir rus generalını öldürüb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Aleksey Reznikov açıqlama verib.

“Səkkiz gün ərzində Rusiya ordusunun itkiləri 10 min ölü, minlərlə yaralıdan çox olub. Ən azı bir rus generalının məhv edilməsi təsdiqlənib. Rusiya cəmiyyəti bu itkiləri hiss etməyə və dərk etməyə başlayır”, - Reznikov deyib.

Onun sözlərinə görə, məhv edilmiş Rusiya zirehli texnikaları bölmələrlə yox, batalyon və briqadalarla ölçülməlidir. Nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin müharibədə götürdüyü qənimətlərin həcmi son 8 ildə alınan texnikalardan daha çoxdur.

“Biz də itkilər veririk. Müharibə böyük dərddir. Demək olar ki, hər saat rus işğalçılarının yenidən dinc sakinləri qətlə yetirməsi xəbərləri gəlir. Övladlarımız öləndə qəzəbdən qan qaynayır. Hərbçilərimiz arasında itkilər var. Onlar kiborq kimi mübarizə aparırlar, amma onlar canlıdır, ürəkləri var. Onların hər biri qəhrəman kimi şərəfləndiriləcək”, - nazir vurğulayıb.

Reznikov əmindir ki, rus ordusu çaşqınlıq içindədir və qorxur:

“Hələ onu məğlub etməmişik. Amma vaxt qaçılmaz olaraq buna yaxınlaşır. Kreml siçovulları artıq titrəyir. Bəziləri qaçmaq üçün yol axtarır. Biz azad Ukraynanı yenidən quracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər