Prezident Vladimir Putin qonşu ölkələrə vəziyyəti gərginləşdirməməyi və məhdudiyyətlər qoymamağı tövsiyə edərək, Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini və yerinə yetirəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, o, qonşu ölkələri Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalara qoşulmamağa çağırıb.
“Mən də onlara (qonşu ölkələrə - red.) vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Vəziyyəti gərginləşdirməyə, münasibətlərimizi pisləşdirməyə ehtiyac görmürük”, - Putin söyləyib.