“Vladimir Putin Ukraynadakı müharibəyə ehtiyat qoşunları cəlb etmək istəyir, çünki fevralın 24-də Ukraynaya hücumdan sonra Rusiya hərbçilərinin ümumi itkisi artıq 9166 nəfərə yaxındır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müxalifətçi, Putinin qəti əleyhdarı Mixail Xodorkovski deyib.
“Müharibə Moskvaya çatdı”, - siyasətçi bildirib.
Xodorkovski bununla bağlı müvafiq qərarın verildiyini də vurğulayıb.