4 Mart 2022 21:14
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya müdaxiləsinin 9-cu günündə Avropa kəşfiyyatçıları Moskvanın planlaşdırdığı yeni taktika ilə bağlı qorxunc iddialar səsləndiriblər. Avropanın kəşfiyyat rəsmiləri iddia edirdilər ki, Rusiya ələ keçirilən Ukrayna şəhərlərində xalqın gözü önündə edam planlaşdırır və bununla onları ruhdan salmaq istəyir.

Teleqraf.com xəbər verir ki, edamlarda Ukrayna hərbçilərinin və hətta onların ailələrinin də iştirak edə biləcəyi iddia olunub.

Rusiyada etirazçıların və siyasi müxaliflərin həbsi, eləcə də açıq edamların hamısının işğal strategiyasının tərkib hissəsi olduğu deyilib. “Blumberq” məlumatın mənbəyinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sənədlərini gördüyünü iddia edən yüksək vəzifəli şəxs olduğunu yazıb.

Ukraynanın ABŞ-dakı səfiri dünən rus hərbçilərinin “vakuum bombası” adlandırılan termobarik silahlardan istifadə etdiyini açıqlayıb.

Səfir Oksana Markarova bu haqda deyib:

“Bu gün Cenevrə Konvensiyasına görə qadağan edilən vakuum bombasından istifadə etdilər. Rusiyanın Ukraynada vurduğu ziyan çox böyükdür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər