Avropada qaz fyuçerslərinin qiymətləri 30% bahalaşıb və hər min kubmetr üçün 2 400 ABŞ dollarını keçib.
Teleqraf.com xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları göstərir.
Avropanın ən likvid habı olan TTF indeksi üzrə aprel fyuçerslərinin dəyəri 2 411,3 ABŞ dollarına çatıb ki, bu da valyuta kotirovkalarının dəyişməsi nəzərə alınmaqla (“ICE Futures” platformasında məlumatlar avro ilə təqdim olunur) dünənki günün hesablaşma qiymətindən (1 845,8 ABŞ dolları) 30,6% çoxdur.