4 Mart 2022 22:57
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada döyüşlər zamanı Rusiyanın ən azı üç yüksək rütbəli komandiri öldürülüb.

Teleqraf.com xəbər verir ki, Qərb rəsmiləri Rusiyanın 41-ci ümumqoşun ordusunun komandirinin müavininin snayper atəşi ilə qətlə yetirildiyini, daha bir diviziya komandiri və bir alay komandirinin də döyüşlərdə həlak olduğunu bildiriblər.

Qeyd olunub ki, öldürülən komandirlər hərbi əməliyyatlara daha çox nəzarət etmək, bəzi hallarda isə dayanmış əməliyyatları hərəkətə gətirmək məqsədi ilə döyüşlərin baş verdiyi ərazinin yaxınlığına gediblər.

Bildirilib ki, öldürülən komandirlər döyüş meydanında şəxsən iştirak etməyə çalışıblar.


Müəllif: Teleqraf.com