5 Mart 2022 08:45
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltik Dənizi Dövlətləri Şurasının üzvləri yekdilliklə Rusiyanın təşkilatın işində sonrakı iştirakdan kənarlaşdırılması barədə qərar qəbul ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında qeyd olunub.

“Biz - təşkilatın digər 11 üzvü Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dəstəkləməyi artıq mümkün hesab etmədiyimiz zaman Rusiyanın yaratdığı vəziyyət dərin təəssüf hissi doğurur”, - Norveçin xarici işlər naziri Anniken Quitfeldt deyib.

O, qeyd edib ki, rəsmi Moskva beynəlxalq hüquqa əməl etməyə başlayana qədər Rusiya təşkilat daxilində ünsiyyətdən kənarda qalacaq. Müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Gələcəkdə onunla əməkdaşlıq etməyəcəklər.

Xatırladaq ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ilin martında Kopenhagendə yaradılıb. Ukrayna təşkilatda müşahidəçi ölkə statusuna malikdir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər