“Çox ağır müharibədir. Təcavüzkar ağır itkilər verir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Tviter hesabında yazıb.
“Martın 6-sı səhər saatlarına olan məlumata görə, Rusiya 11000-ə yaxın hərbçisini, 300-ə yaxın tankını, 40-dan çox təyyarəsini və 48 helikopterini itirib.
Onlarla artilleriya sistemi məhv edilib. Ukraynalılar bütün bunları 10 gün ərzində ediblər. Və daha çox şey edəcəklər”, - Podolyak bildirib.