6 Mart 2022 18:21
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynada davam edən işğalı bu ölkədə təcavüzə qarşı uzunmüddətli və qanlı üsyana səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ və Avropa rəsmilərinə istinadən “Vaşinqton Post” qəzeti məlumat yayıb.

ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımın bu uzunmüddətli dövr üçün həyati əhəmiyyət daşıdığı bildirilən məqalədə ABŞ Dövlət Departamenti və Pentaqonun Prezident Vladimir Zelenskinin qaçması üçün plan hazırladığı qeyd edilib. Planın Rusiya qüvvələrinin paytaxt Kiyevi tamamilə ələ keçirməsi ehtimalına qarşı hazırlandığı iddia olunub.

“Hazırda hər ehtimala, o cümlədən Zelenskinin Polşada mühacirət hökuməti qurduğu fövqəladə hallara qarşı plan hazırlayırıq”, - adı açıqlanmayan rəsmi şəxs nəşrə deyib.

Zelenskinin bu prosesdə ABŞ rəsmiləri ilə daha təhlükəsiz yerə köçmə məsələsini müzakirə etdiyi və Kiyevin ələ keçiriləcəyi təqdirdə təhlükəsizlik qrupunun Zelenski və kabinet üzvlərini qısa müddətdə başqa yerə köçürmək planlarının olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər