Odessada Qara dəniz üzərində Rusiyaya məxsus təyyarə vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının Operativ Qərargahının spikeri Serhiy Bratçuk bildirib.
Beləliklə, 11 günlük müharibədə Ukrayna hərbçiləri tərəfindən vurulan təyyarələrin sayı 45-ə çatıb.
Bundan əlavə, 285 tank, 985 zirehli döyüş maşını, 109 artilleriya sistemi, 44 təyyarə və 48 helikopter vurulub.