Xarkov üzərində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın qırıcısını vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi adminstrasiyasının rəisi Oleq Sinegubov məlumat yayıb.
Rusiyaya məxsus Su-25 təyyarəsi yerli vaxtla saat 18 :15 Milli Qvardiyaçılar tərəfindən zenit-raket kompleksindən vurulub.
“Təyyarə Kuliniçi rayonuna düşüb. Xarkov Hava Hücumundan Müdafiə Qüvvələri bu gün məhsuldar gün keçirib”, - deyə Sinegubov bildirib.