7 Mart 2022 10:48
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya silahlı qüvvələri sükut rejimi elan edir və bu gün səhər saat 10-dan etibarən dörd şəhərdən - Kiyev, Xarkov, Sumı və Mariupoldan humanitar dəhlizləri açır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynadakı Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahından məlumat verilib.

“Kiyev, Xarkov, Sumı və Mariupol şəhərlərində fəlakətli humanitar vəziyyətin və onun kəskin kəskinləşməsini nəzərə alaraq, habelə Fransa Prezidenti Emmanuel Makronun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə şəxsi müraciəti əsasında, Rusiya Silahlı Qüvvələri humanitar məqsədlər üçün 7 mart 2022-ci il saat 10:00-dan etibarən sükut rejimi və açıq humanitar dəhlizlər elan edir”, - deyə məlumatda bildirilir.

Qərargahın məlumatına görə, bir dəhliz Kiyevdən açılacaq. Onun son marşurutu Belarusdan keçməklə Rusiya Federasiyası və buradan hava nəqliyyatı ilə çatdırılma olacaq.

Mariupoldan çıxış iki marşrut üzrə həyata keçiriləcək. Birinci marşrut Mariupol, Novoazovsk, Taqanroq, Rostov-na-Donu, sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə aparılır. İkinci marşrut Nikolskoye, Zaporojyedən yan keçməklə Manquşdur.

Xarkovdan - Xarkov, Belqorod, sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə.

Sumidən Belqorod, sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə.

İkinci marşrut Sumi-Poltavadır.


Müəllif: Nemət

Oxşar xəbərlər