Böyük Britaniyadan Rusiyaya qarşı döyüşmək istəyən ilk könüllülər Ukraynaya gəlməyə başlayıb.
Teleqraf.com bu barədə beynəlxalq mediaya istinadən bildirir.
Yoldaşları ilə Kiyevə qatarla gələn britaniyalı könüllü Ceks bəyan edib ki, işğalı dayandırmaq üçün buraya gəliblər: “Ümid edirəm ki, qalib gələcəyik. Çoxumuz keçmiş əsgərlərik. Biz çox yaxşı hazırlaşmışıq”.
Onun sözlərinə görə, könüllülər Ukraynaya ona görə gəliblər ki, burada hərbi cinayətlər baş verir və bu belə olmamalıdır.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib ki, 52 ölkədən könüllülər Rusiyanın işğalı ilə mübarizə aparmaqla bağlı Beynəlxalq Legiona qoşulmaq üçün Ukraynaya gəlirlər.
“Belə vətəndaşların müraciətlərinə baxılır. Dünyanın hər yerində azad insanların səfərbərliyi sadəcə heyranedicidir. Bu gün 52 ölkədən təcrübəli veteranlarımız və könüllülərimiz var. Bu, onların istəyidir, biz onları işə götürməmişik, heç nə ilə stimullaşdırmırıq. Bu, onların yaxşılıq uğrunda mübarizəyə hazır olmasıdır”,-ukraynalı diplomat demişdi.