İranın nüvə proqramı ilə bağlı danışıqlarda tərəflər arasında ən sərt mövqeni Fransa nümayiş etdirir.
Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə “TASS” danışıqlardakı mənbəyə istinadən məlumat yayıb.
“Danışıqlar raundu çərçivəsində görüşlər davam edir, məsləhətləşmələr artıq çox aktiv mərhələyə keçib. Hazırda ən sərt mövqeni Fransa nümayəndə heyəti nümayiş etdirir”, deyə mənbə qeyd edib.
Bundan əvvəl danışıqlarda əhəmiyyətli irəliləyişin olmadığı, bazar ertəsinədək müəyyən olunmuş ən son müddət də razılaşmaya nail olunmayacağı bildirilirdi.