7 Mart 2022 15:14
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 günlük müharibə zamanı Ukraynada 4,3 min körpə doğulub, 4 min cütlük evlənib.

Teleqraf.com xəbər verir ki, Ukrayna Ədliyyə Nazirliyi ümid ışığına çevrilmiş məlumatları dərc edib.

“Müharibəyə baxmayaraq, yeni həyat doğulur. Belə ki, Rusiya ilə müharibə başlayandan indiyədək Ukraynanın müxtəlif yerlərində 4311 körpə doğulub. Balaca ukraynalılar ölkəmiz üçün ən çətin anda doğulublar. İnşallah bu, onların ruhunu daha da gücləndirəcək, ailələrinə və analarına bu çətin günlərə dözmək üçün güc verəcək”,-məlumatda qeyd edilib.

Həmçinin bu müddət ərzində ukraynalılar 4000-ə yaxın yeni ailə yaradıblar. 3973 sevən cütlük müharibə zamanı birliklərini rəsmən gücləndirmək qərarına gəlib.


Müəllif: Nemət

Oxşar xəbərlər