7 Mart 2022 14:42
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin dəstək məqsədilə göndərdiyi hərbi texnika Ukrayna ordusuna çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu “SVT” telekanalına müsahibəsində Baş Komandan Mikael Buden bildirib.

O deyib ki, nəqliyyat başa çatıb, materiallar və avadanlıqlar ünvana yetişib.

Fevralın 27-də İsveç hökumət Ukraynaya hərbi dəstək göndəriləcəyini bildirmişdi.

Hərbi dəstəyə 5 min dəbilqə, 5 min gülləkeçirməz jiletlə və 5 min birdəfəlik tank əleyhinə qumbaraatan Pansarskott 86 daxildir.

İsveç bunun üçün 43 milyon dollar xərcləyib. Eyni zamanda Ukrayna Mərkəzi Bankına ölkənin silahlı qüvvələrini dəstəkləmək üçün əlavə 500 milyon kron (52,63 milyon dollar) ayrılacaq.

İsveçin baş naziri M.Anderssonun sözlərinə görə, İsveç adətən daxili münaqişələrdə olan ölkələrə belə yardım göstərmir:

Qeyd edək ki, bu 1939-cu ildən sonra ilk hadisədir.


Müəllif: Nemət

Oxşar xəbərlər