23 Noyabr 2014 00:45
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko dizindən əməliyyat olunub Teleqraf.com-un məlumatına görə, bu barədə “BelTA” agentliyi informasiya yayıb.

“Cərrahiyə əməliyyatına səbəb xokkey məşqi zamanı alınan zədə olub. Əməliyyat planlı şəkildə keçirilib. Prezidentin iş qrafikinin sıx olması səbəbindən əməliyyatı bundan əvvəl keçirmək mümkün olmayıb”, deyə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.

Əməliyyatdan sonra Lukaşenko özünü qənaətbəxş edir və hazırda reabilitasiya kursu keçir. Bunun üçün ona 3-4 gün gərəkdir, bu müddət ərzində o öz səlahiyyətlərini tam şəkildə icra edəcək.

A.Lukaşemko bundan əvvəl təqaüdə çıxandan sonra müəllim işləmək niyyətində olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər