7 Mart 2022 15:38
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ukraynalıları Belarus və Rusiyaya təxliyə etmək istəyirdi. Ukrayna öz dəhlizlərini təklif edib. Bu gün Rusiya və Ukrayna arasında elan olunan humanitar dəhliz işləməyib. Buna səbəb hər iki tərəfin insanların təxliyə edilməsinə dair öz dəhlizini təklif etməsi olub.

Teleqraf.com xəbər verir ki, Ukrayna tərəfi Rusiyanın təklif etdiyi humanitar təxliyə dəhlizləri ilə razılaşmayıb.

“Rusiya ukraynalıları qaynar nöqtələrdən Belarus və Rusiyaya təxliyə etmək istəyirdi. Ukrayna tərəfi bu evakuasiya marşrutlarını qəbuledilməz hesab edir və humanitar dəhlizlərlə bağlı öz variantlarını təklif edib”, - Ukraynanın baş nazirin müavini İrina Vereşçuk bildirib.

"Dünən saat 00:30-da Rusiyadan məktub gəlib, orada guya işğalçılar Fransa prezidenti Emmanuel Makronun şəxsi xahişi ilə saat 10:00-dan etibarən sükut elan etməyi və Kiyevdən Belarusa, Qomelə evakuasiya üçün dəhlizlər elan etməyi təklif ediblə. Həmçinin də Xarkov və Sumi şəhərlərindən Rusiyaya doğru təxliyə dəhlizi təklif edilib. Bu, humanitar dəhlizlərin açılması üçün qəbuledilməz variantdır. Bizim İvankovdan, Daymerdən, Vışqoroddan, Kiyevdən olanlar Rusiyaya uçmaq üçün Belarusa getməyəcəklər”, - söyləyib.

Vereşçuk ümid edir ki, Prezident Makron onun adından və səmimi cəhdlərinin Rusiya tərəfindən manipulyasiya edildiyini başa düşür. Ukrayna tərəfinin təklif etdiyi dəhlizlərin hamısında atəş altındakı şəhərlərdən əhalinin Ukrayna ərazilərinə çatırılması nəzərdə tutulur. Rusiyanın humanitar dəhliz yollarında isə ukraynalıların Belarus və Rusiya ərazisinə keçidi nəzərdə tutulur.


Müəllif: Nemət

Oxşar xəbərlər