Ukrayna millisinin keçmiş baş məşqçisi Andrey Şevçenkonun doğmaları Rusiyanın bu ölkəyə hücumundan qorunmaq üçün sığınacaqlarda məskunlaşıb.
Teleqraf.com xəbər verir ki, "Milan"ın əfsanəsi bu barədə İtaliyanın "Che Tempo Che Fa" verilişinə danışıb.
O, yaxınlarının Ukraynanı tərk etmədiyini bildirib. Xeyli müddətdir Londonda yaşayan keçmiş hücumçu bunları danışarkən göz yaşlarını saxlaya bilməyib: “Anam, bacım və digər qohumlarım hələ də Ukraynadadır, mən hər gün onlarla danışıram. Qalmaq onların seçimi idi. Ölkəmdə baş verənləri ağlamadan izləyə bilmirəm. Onlar mənə Ukraynada baş verənlər, bombalanan şəhərlər, öldürülən uşaqlar və qocalar haqqında hər şeyi çatdırırlar".